Azərbaycan millisinin futbolçularına danışılmış oyunlarla bağlı təqdimat olub

Azərbaycan millisinin futbolçularına danışılmış oyunlarla bağlı təqdimat olub Noyabrın 13-dan etibarən Yunanıstanın Patra şəhərində 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 9-cu qrupunun oyunları keçirilir.
Futbol
15 Noyabr , 2019 11:37
Azərbaycan millisinin futbolçularına danışılmış oyunlarla bağlı təqdimat olub

Noyabrın 13-dan etibarən Yunanıstanın Patra şəhərində 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 9-cu qrupunun oyunları keçirilir.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Yunanıstan Futbol Federasiyasının nümayəndəsi Dmitris Danakis qrup oyunlarında iştirak edən Azərbaycan, Almaniya, Yunanıstan və Qazaxıstan komandalarının üzvləri üçün danışılmış oyunlarla bağlı təqdimatla çıxış edib. 

Təqdimatın əsas məqsədi gənc futbolçulara danışılmış oyunların mahiyyəti barədə məlumat vermək və onları danışılmış oyunlardan qorumaq, çəkindirməkdir.

Son xəbərlər

Orphus sistemi