Azərbaycan millisinin futbolçuları Antalyada gözlənilmədən dopinq-testdən keçiblər - SİYAHI

Azərbaycan millisinin futbolçuları Antalyada gözlənilmədən dopinq-testdən keçiblər - SİYAHI Daha 8 futbolçu qeydiyyata alınmış test qrupuna daxil edilib
Futbol
8 Fevral , 2018 13:10
Azərbaycan millisinin futbolçuları Antalyada gözlənilmədən dopinq-testdən keçiblər - SİYAHI
Report

Bakı. 8 fevral. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçuları Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olduqları vaxt geniş antidopinq yoxlamasından keçiblər.

"Report"un məlumatına görə, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli jurnalistlərə açıqlamasında bildirib. O deyib ki, yoxlamanı Almaniya şirkəti futbolçular üçün gözlənilmədən aparıb. 

Bundan başqa daha 8 futbolçu qeydiyyata alınmış test qrupuna daxil edilib. Nəticədə belə futbolçuların sayı 11-ə çatıb. Onların hamısı AMADA-ya məkan məlumatları verəcək.

Qeyd edək ki, yoxlama Azərbaycan milli komandalarının 12 üzvünü əhatə edib. Onların adları açıqlanmır. Nəzarət altına götürülən 8 futbolçu isə "Sumqayıt"dan Amil Yunanov və Eltac Mirzəyev, "Keşlə"dən Denis Silva və Zeki Sinan Akkoyun, "Kəpəz"dən Kamran Abdullazadə, "Zirə"dən Vüqar Mustafayev ("Zirə"), "Səbail"dən Emil Balayev və "Qəbələ"dən Ülvi İbazadədir. 

Son xəbərlər

Orphus sistemi