Azərbaycan millisinin elit-raundda rəqibləri bəlli olub

Azərbaycan millisinin elit-raundda rəqibləri bəlli olub Rəqiblərdən biri Rusiyadır
Futbol
6 Dekabr , 2018 14:16
Azərbaycan millisinin elit-raundda rəqibləri bəlli olub

Bakı. 6 dekabr. REPORT.AZ/ Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının Avropa çempionatının elit-raundundakı rəqibləri müəyyənləşib.

“Report” xəbər verir ki, püşkə əsasən, Vüqar Məmmədin rəhbərlik etdiyi kollektiv İrlandiya, Rusiya və Rumıniya ilə birgə 1-ci qrupda mübarizə aparacaq. Qrup oyunları 2019-cu il 20 - 26 martda Rusiyada keçiriləcək.

Bütün qrupların tərkibi belədir: 

1-ci qrup: İrlandiya, Rusiya, AZƏRBAYCAN, Rumıniya

2-ci qrup: Yunanıstan, Çexiya, İngiltərə, Danimarka

3-cü qrup: Almaniya, Macarıstan, Norveç, Xorvatiya

4-cü qrup: İspaniya, Hollandiya, Uels, Sloveniya

5-ci qrup: Fransa, İsrail, İsveçrə, Polşa

6-cı qrup: Portuqaliya (ev sahibi), Şotlandiya, Türkiyə, Kipr

7-ci qrup: İtaliya, Serbiya, Ukrayna, Belçika

Qeyd edək ki, qrup qalibləri 14 - 27 iyulda Ermənistanda təşkil olunacaq final mərhələsinə vəsiqə qazanacaqlar.

Son xəbərlər

Orphus sistemi