Azərbaycan millisinin dünya çempionatının əsas mərhələsindəki rəqibləri müəyyənləşib

Azərbaycan millisinin dünya çempionatının əsas mərhələsindəki rəqibləri müəyyənləşib Oyunlar Bakıda təşkil olunacaq
Futbol
12 Dekabr , 2018 17:38
Azərbaycan millisinin dünya çempionatının əsas mərhələsindəki rəqibləri müəyyənləşib

Bakı. 12 dekabr. REPORT.AZ/ Futzal üzrə Azərbaycan milli komandasının dünya çempionatının əsas mərhələsindəki rəqibi müəyyənləşib.

"Report" xəbər verir ki, Joze Alesionun baş məşqçi olduğu kollektiv 3-cü qrupda mübarizə aparacaq.

Rəqiblər Slovakiya, ilkin mərhələnin Hollandiya, Monteneqro, Bolqarıstan və Estoniyadan ibarət G qrupunun ikinci yer sahibi, eləcə də Finlandiya, Moldova, Uels və Şimali İrlandiyadan ibarət H qrupunun qalibi olacaq. 

Oyunlar 2019-cu il 22 - 27 oktyabrda Bakıda keçiriləcək. Əsas mərhələdən elit raunda hər qrupdan 2 ən yüksək nəticə qazanmış komanda vəsiqə qazanacaq.

Son xəbərlər

Orphus sistemi