Bakı. 15 mart. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının Belarus və Makedoniya yığmaları ilə yoldaşlıq görüşləri üçün heyəti açıqlanıb.
"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Qurban Qurbanov 24 futbolçuya dəvət göndərib. Onlardan cəmi 3-ü - Pavel Paşayev, Araz Abdullayev və Dmitri Nazarov legionerdir. Ən çox - 6 oyunçu "Neftçi"dən çağırılıb. "Qarabağ" yığmada 5, "Sumqayıt" 4, "Qəbələ" 3, "Keşlə", "Səbail" və "Kəpəz" isə 1 futbolçu ilə təmsil olunacaq.
Onların arasında ilk dəfə dəvət olunanlar da var.
Qeyd edək ki, təlim-məşq toplanışı bu gün start götürəcək. Bakıda 10 gün davam edəcək hazırlıq prosesi müddətində martın 23-də Belarus yığması ilə yoldaşlıq görüşü keçiriləcək. Martın 25-də komanda üzvləri toplanışın növbəti mərhələsi üçün Türkiyənin Antalya bölgəsinə yollanacaqlar. Martın 27-də Antalyadakı "Mardan” stadionunda Makedoniya yığması ilə yoldaşlıq oyunu keçirəcək. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
Milliyə dəvət olunmuş futbolçuların siyahısı:
AD, SOYAD | KLUB |
Kamran Ağayev | Keşlə |
Rəşad Əzizli | Neftçi |
Səlahət Ağayev | Neftçi |
Maksim Medvedev | Qarabağ |
Elvin Yunuszadə | Qarabağ |
Qara Qarayev | Qarabağ |
Coşqun Diniyev | Qarabağ |
Riçard Almeyda | Qarabağ |
Ruslan Abışov | Neftçi |
Namik Ələskərov | Neftçi |
Rəhman Hacıyev | Neftçi |
Emin Mahmudov | Neftçi |
Ruslan Qurbanov | Qəbələ |
Ürfan Abbasov | Qəbələ |
Asif Məmmədov | Qəbələ |
Cavid İmamverdiyev | Sumqayıt |
Tural Axundov | Sumqayıt |
Rəşad Eyyubov | Sumqayıt |
Amil Yunanov | Sumqayıt |
Rahil Məmmədov | Səbail |
Şəhriyar Rəhimov | Kəpəz |
Araz Abdullayev | Anortosis (Kipr) |
Pavel Paşayev | “Oleksandriya” (Ukrayna) |
Dimitri Nazarov | “Erzgebirge Aue” (Almaniya) |