Bakı. 8 iyul. REPORT.AZ/ 21 və 19 yaşadək qızlardan ibarət Azərbaycanın futbol üzrə yığma komandalarının baş məşqçisi Patrisiya Qonzales istefa verib.
"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi öz istəyi ilə vəzifəsindən ayrılıb.
Tərəflər qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verib.