Azərbaycan millisinin baş məşqçisi: "Dəyişikliyə ehtiyac görmürəm"

Azərbaycan millisinin baş məşqçisi: "Dəyişikliyə ehtiyac görmürəm" Qarşıdakı oyunlarda nə qədər xalın məni razı salacağını deyə bilmərəm. Biz meydanda ən yaxşısını etməyə çalışacağıq. Özümüzdən razı olmağa əsasımız yoxdur.
Futbol
21 May , 2019 18:53
Azərbaycan millisinin baş məşqçisi: Dəyişikliyə ehtiyac görmürəm
Report/Elchin Murad

"Qarşıdakı oyunlarda nə qədər xalın məni razı salacağını deyə bilmərəm. Biz meydanda ən yaxşısını etməyə çalışacağıq. Özümüzdən razı olmağa əsasımız yoxdur".

"Report"un məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç AVRO-2020-nin seçmə mərhələsində iyunun 8-də Macarıstan, 11-də isə Slovakiya yığmaları ilə oyunlara hazırlıq haqqında danışarkən deyib.

53 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb. 

- Qarşıda iki matç var. Futbolçuların yorğunluğunu göz önünə alsaq, bu görüşlərdə heyətdə radikal dəyişiklik mümkündür?

- Əvvəlcə birinci oyunu fikirləşməliyik. İkinci matçı düşünmək hadisələri qabaqlamaq olar. Müsbət nəticə bizə həm fiziki, həm də psixoloji baxımdan yaxşı təsir edə bilər. İndiyə qədər görməmişəm ki, bir komanda 3 gün ərzində iki oyuna fərqli heyətlərlə çıxsın. 20 nəfər oyunçu ilə işləyiriksə, radikal dəyişikliyə nə ehtiyac var?

- Hansı qapıçıya şans verəcəksiniz? 

- Hazırkı vəziyyətə əsasən deyə bilərəm ki, dəyişikliyə ehtiyac görmürəm. Xorvatiya və Litva ilə matçlarda qapını Səlahət Ağayev qoruyub. Fikrimcə, öz çıxışı ilə kredit qazanıb. İndiki məqamda qarşıdakı oyunlarda da ona şans verməyi düşünürəm.

- Ayaz Quliyevin milliyə dəvət olunması barədə nə deyə bilərsiniz?

- Ayaz Quliyev haqqında eşitmişəm. Lakin onun milli komandada oynamaqla bağlı son qərarı vermək mənim səlahiyyətimdə deyil. Onunla şəxsən söhbət etməmişəm. AFFA-dakı məsul şəxslər danışıb. Bilsəm ki, ümumi duruma təsir edər, məmnuniyyətlə danışaram. 

- Türkiyədə çıxış edən futbolçuları niyə milliyə dəvət etmirsiniz? Məsələn, Deniz Yılmazın çıxış etdiyi "Genclerbirliyi" Super Liqaya yüksəldi... 

- Azərbaycan millisində oynaya biləcək istənilən futbolçu ilə maraqlanıram. Ölkə xaricindəkiləri də izləyirəm. Deniz Yılmaz son vaxtlar lazımı qədər oynamayıb. 

- Bəs "Trabzonspor"dan Murat Cem Akpınar? 

- Akpınarla bağlı ətraflı məlumatım yoxdur. Hər kəsin tanıdığını mən tanıya bilmərəm. Belə cavan oyunçuya yox demərəm. Onunla maraqlanaram.

Son xəbərlər

Orphus sistemi