Azərbaycan millisinin baş məşqçisi daha bir rəqib komandanın oyununu izləyib

Azərbaycan millisinin baş məşqçisi daha bir rəqib komandanın oyununu izləyib Robert Prosineçki Şimali İrlandiyanın qələbəsinə şahidlik edib
Futbol
17 İyun , 2016 10:29
Azərbaycan millisinin baş məşqçisi daha bir rəqib komandanın oyununu izləyib

Bakı. 17 iyun. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Avropa çempionatının daha bir oyununu izləyib. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, xorvatiyalı mütəxəssis Lionda C qrupunun Ukrayna – Şimali İrlandiya matçına baxıb. 

Görüş 2018-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində millimizlə eyni qrupda mübarizə aparacaq Şimali İrlandiyanın qələbəsi ilə başa çatıb. 

Qeyd edək ki, Robert Prosineçki daha öncə İspaniya - Çexiya görüşünü izləyib. Qarşılaşma İspaniyanın qələbəsi ilə yekunlaşıb - 1:0. Bu komandalardan isə Çexiya Azərbaycan yığmasının rəqibi olacaq. 

Son xəbərlər

Orphus sistemi