Azərbaycan millisinin Avro-2020-yə vəsiqə qazanması üçün konsepsiya hazırlanacaq

Azərbaycan millisinin Avro-2020-yə vəsiqə qazanması üçün konsepsiya hazırlanacaq AFFA prezidenti Rövnəq Abdullayev Robert Prosineçki ilə müqavilənin 3 il müddətinə nəzərdə tutulmasının səbəbini açıqlayıb
Futbol
3 Dekabr , 2014 15:28
Azərbaycan millisinin Avro-2020-yə vəsiqə qazanması üçün konsepsiya hazırlanacaq

Bakı. 3 dekabr. REPORT.AZ/ 2015 - 2020-ci illərdə Azərbaycan futbolunun inkişafına dair əlavə tədbirlər haqda sənəd layihəsi hazırlanır. "Report"un xəbərinə görə, bu barədə jurnalistlərə AFFA-nın prezidenti Rövnəq Abdullayev məlumat verib. 

R.Abdullayev bildirib ki, layihədə 2020-ci ildə Bakıda da keçiriləcək Avropa çempionatının final mərhələsində Azərbaycan milli komandasının iştirakına dair konsepsiya nəzərdə tutulub. O, yeni baş məşqçi Robert Prosineçki ilə müqavilənin 3 il müddətinə bağlanılmasının da bu konsepsiyadan irəli gəldiyini vurğulayıb: "2020-ci il Avropa çempionatının 4 oyununu Bakıya gətirməyimiz ən böyük qazancımızdır. Amma bu çempionatda özümüz də oynamasaq, qazancımız 50 faiz azalacaq. AVRO-2020-nin seçmə mərhələsi 2018-ci ildə başlanacaq. Məhz həmin vaxtadək bütün qüvvələrimizi səfərbər edərək, yığmamızı gəncləşdirməliyik". 

AFFA prezidenti onu da deyib ki, "Azərbaycan Respublikasında 2005 - 2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"nın yekunlarına dair AFFA-nın gələn il keçiriləcək Konfransında hesabat veriləcək.

Qeyd edək ki, Robert Prosineçkinin Azərbaycan milli komandasının baş məşqçi postuna namizədliyi AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında təsdiqlənib.

Son xəbərlər

Orphus sistemi