Yuxarı

Azərbaycan millisi Xorvatiya ilə oyun üçün Zaqrebə yollanıb - FOTO

Azərbaycan millisi Xorvatiya ilə oyun üçün Zaqrebə yollanıb

Futbol üzrə Azərbaycan milli komandası Xorvatiya ilə keçirəcəyi AVRO-2020-nin seçmə oyunu üçün Zaqrebə yollanıb.

"Report"un məlumatına görə, səfərdə yığma üzvləri ilə yanaşı, AFFA İcraiyyə Komitəsinin üzvləri - Vaqif Sadıqov, İsgəndər Cavadov, eləcə də "Sumqayıt" klubunun prezidenti Riad Rəfiyev yer alıb.

Nümayəndə heyətinə isə AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev rəhbərlik edir. Yığma üzvləri qarşılaşma öncəsi səfərə xal üçün yollandıqlarını bildiriblər.

Qeyd edək ki, sabah Bakı vaxtı ilə 22:00-da baş məşqçi Nikola Yurçeviçin mətbuat konfransı nəzərdə tutulub. Xorvatiya-Azərbaycan qarşılaşması martın 21-də Zaqrebdəki "Maksimir" stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi