Azərbaycan millisi tarixində ilk dəfə Qazaxıstan yığmasına uduzub

Azərbaycan millisi tarixində ilk dəfə Qazaxıstan yığmasına uduzub "Daşkənd Kuboku-2014"dəki ilk matçda böyük hesablı nəticə qeydə alınıb
Futbol
1 Dekabr , 2014 18:09
Azərbaycan millisi tarixində ilk dəfə Qazaxıstan yığmasına uduzub
Bakı. 1 dekabr. REPORT.AZ/ Futzal üzrə Azərbaycan milli komandası Özbəkistan paytaxtında təşkil olunan beynəlxalq "Daşkənd Kuboku-2014" turnirinə böyük hesablı məğlubiyyətlə başlayıb. "Report"un məlumatına görə, baş məşqçi Faustino Peresin başçılıq etdiyi yığma ilk matçında Qazaxıstan millisinə uduzub - 1:4. 

Məğlub komandadan yeganə qolu Rəcəb Fərəczadə vurub. Azərbaycan millisi növbəti görüşünü dekabrın 2-də Belarusa qarşı keçirəcək. Dekabrın 3-də isə rəqib Özbəkistan olacaq. 

Qeyd edək ki, əvvəllər Azərbaycan yığması Qazaxıstanla 3 dəfə üz-üzə gəlib və hamısında qələbə qazanıb. 

Son xəbərlər

Orphus sistemi