Yuxarı

Azərbaycan millisi Moskva "Spartak"ı ilə qarşılaşacaq

Azərbaycan millisi "Spartak"la qarşılaşacaq

Bakı. 17 yanvar. REPORT.AZ/ 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında bir yoxlama oyunu keçirəcək.

Bu barədə "Report"a yığmanın məşqçisi Elbrus Məmmədov məlumat verib. O, bildirib ki, Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv hazırlıq prosesi çərçivəsində Rusiya "Spartak"ının əvəzedici komandası ilə üz-üzə gələcək. Oyun yanvarın 24-də Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycanın U-21 yığmasının təlim məşq toplanışı yanvarın 21-dən 24-dək davam edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi