Azərbaycan millisi Şimali İrlandiya ilə oyunun hazırlıqlarına başlayır

Azərbaycan millisi Şimali İrlandiya ilə oyunun hazırlıqlarına başlayır Dəniz Yılmaz birbaşa Belfast şəhərinə yollanacaq
Futbol
7 Noyabr , 2016 10:29
Azərbaycan millisi Şimali İrlandiya ilə oyunun hazırlıqlarına başlayır

Bakı. 7 noyabr. REPORT.AZ/ Futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində Şimali İrlandiya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının üzvləri bu gündən bir araya gəlir. Bu barədə "Report"a AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu məlumat verib.

Qurum rəsmisi bildirib ki, baş məşqçi Robert Prosineçkinin dəvət etdiyi 25 futbolçudan 24-ü Bakının Mərdəkan qəsəbəsindəki təlim-məşq bazasında toplaşmağa başlayıb. Onların arasında 7 legionerdən 6-sı da var. Yalnız Türkiyənin "Bursaspor" klubundan çağırılmış Dəniz Yılmaz birbaşa oyunun keçiriləcəyi Belfast şəhərinə yollanacaq.

Qeyd edək ki, milli komanda sabah günorta saatlarında çarter reysi ilə Şimali İrlandiya paytaxtına yola düşəcək. Noyabrın 11-də "Vindzor Park"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.

Son xəbərlər

Orphus sistemi