Azərbaycan millisi San Marinoya çatıb - FOTO

Azərbaycan millisi San Marinoya çatıb - FOTO Komanda üzvləri "Best Western Palace Hotel" mehmanxanasında məskunlaşıb
Futbol
2 Sentyabr , 2016 22:56
Azərbaycan millisi San Marinoya çatıb - FOTO

San Marino. 2 sentyabr. REPORT.AZ/ DÇ-2018-in seçmə mərhələsi çərçivəsində səfərdə San Marino yığması ilə qarşılaşacaq futbol üzrə Azərbaycan millisi artıq adıçəkilən ölkəyə çatıb. 

"Report"un San Marinoya ezam olunmuş əməkdaşının məlumatına görə, Heydər Əliyev adına Beynəlxalq Hava Limanından çarter reysi ilə yola düşən yığma ilk olaraq İtaliyanın Federiko Fellini adına Rimini şəhər Hava Limanına ayaq basıb.

Saat 16:00-da yola düşən komanda 4 saatlıq uçuşdan sonra Avropa ölkəsində olub.

Oradan San Marinoya gedən milli "Best Western Palace Hotel" mehmanxanasında məskunlaşıb. Robert Prosineçkinin rəhbərlik etdiyi yığma ilə birlikdə səfərə AFFA rəsmiləri, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov, İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov, Həvəskar futbolçuların "MFL San Marino Kuboku"nun qalibi olan "Yuventus Baku"nun üzvləri və bir qrup futbol azarkeşi San Marinoya gəlib.

Millini məskunlaşdığı mehmanxanın qarşısında azsaylı azərbaycanlı azarkeşlər qarşılayıb, şüarlar səsləndirib, komandanı qələbəyə çağırıb.

Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə C qrupunda yarışacaq. Digər rəqiblərimiz Almaniya, Çexiya, Şimali İrlandiya və Norveç yığmalarıdır. San Marino-Azərbaycan matçı sentyabrın 4-ü, Bakı vaxtı ilə saat 20:00-da, San Marino Şəhər Stadionunda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi