Azərbaycan millisi San Marinonu məğlub edib

Azərbaycan millisi San Marinonu məğlub edib 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində son oyununu keçirib.
Futbol
15 Oktyabr , 2019 18:48
Azərbaycan millisi San Marinonu məğlub edib

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində son oyununu keçirib.

"Report"un məlumatına görə, Samir Əliyevin baş məşqçisi olduğu kollektiv San Marino yığması ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan komandasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk qolu 22 dəqiqədə Rüfət Abdullazadə vurub. 50-ci dəqiqədə isə Tural Bayramov fərqi iki topa çatdırıb.

Qeyd edək ki, Azərbaycan millisi əvvəlki matçlarda Norveçə 0:1, Çexiyaya isə 0:4 hesabı ilə uduzduğu üçün növbəti mərhələ şansını itirib. 7-ci qrupun oyunları Çexiyada keçirilib. Bu qrupda meydan sahibləri ilə yanaşı, Norveç növbəti mərhələyə yüksəlib. 

Son xəbərlər

Orphus sistemi