Yuxarı

Azərbaycan millisi San Marino ilə oyun üçün səfərə çıxıb

Çarter reysi ilə uçan təyyarədə Vaqif Sadıqovla İsgəndər Cavadov da yer alıb

Bakı. 2 sentyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandası San Marino ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçı üçün səfərə çıxıb.

"Report"un məlumatına görə, çarter reysi ilə uçan təyyarədə yığma üzvlərindən əlavə, azarkeşlər və jurnalistlər, Mini Futbol Liqasının qalibi "Yuventus" komandasının futbolçuları, eləcə də AFFA İcraiyyə Komitəsinin üzvləri Vaqif Sadıqovla İsgəndər Cavadov da yer alıb.

Təyyarə İtaliyanın Rimini hava limanına endikdən sonra San Marinoya yollanacaq. Oyun isə sentyabrın 4-də Serravalle şəhərindəki Olimpiya stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi