Azərbaycan millisi Rusiya yığması ilə yoldaşlıq oyunu keçirəcək

Azərbaycan millisi Rusiya yığması ilə yoldaşlıq oyunu keçirəcək Bakı. 27 fevral. REPORT.AZ/ Futbol üzrə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Rusiya yığması ilə iki yoldaşlıq oyunu keçirəcək.
Futbol
27 Fevral , 2018 11:26
Azərbaycan millisi Rusiya yığması ilə yoldaşlıq oyunu keçirəcək

Bakı. 27 fevral. REPORT.AZ/ Futbol üzrə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Rusiya yığması ilə iki yoldaşlıq oyunu keçirəcək.

Millinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, matçlar martın 22 və 25-də Bakıda keçiriləcək. Qarşılaşmaların hansı stadionda baş tutacağı hələlik bilinmir.

Qeyd edək ki, Rusiyada U-19 komandası olmadığı üçün Bakıya 2000-ci il təvəllüdlü futbolçulardan təşkil edilmiş U-18 kollektivi səfər edəcək. Növbəti tsiklə hazırlaşan Azərbaycanın U-19 millisi də 2000-ci il təvəllüdlü oyunçulardan formalaşdırılıb.

Son xəbərlər

Orphus sistemi