Yuxarı

​Azərbaycan millisi Rusiya ilə qarşılaşacaq

Oyun Rostovda Olimp 2 stadionunda keçiriləcək

Bakı. 24 mart. REPORT.AZ/ Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi AVRO-2017-nin seçmə qrup mərhələsinin VII qrupunda növbəti oyununu keçirəcək. "Report"un məlumatına görə, rəqib Rusiya yığması olacaq.

7 oyuna 6 xal toplayan Yaşar Vahabzadənin rəhbərlik etdiyi komanda Rostov şəhərində "Olimp 2" stadionunda meydana çıxacaq. Yığma komanda qələbə qazanacağı təqdirdə ən yaxın qonşusu Finlandiya ilə xal fərqini sıfıra endirəcək.

Hazırda qrupa 5 oyundan 15 xal qazanan Almaniya yığması rəhbərlik edir. İkinci pillədə isə 12 xalla Avstriya qərarlaşıb. Rusiya 3 xalla 5-ci, 4 oyunda bir xal belə toplamayan Farer adaları isə sonuncudur.

Qrupun digər oyununda lider və autsayder komandalar qarşılaşacaq.

VII qrup

20:30. Rusiya - Azərbaycan

Baş hakim: Tomaş Musial

Baş hakimin köməkçiləri: Radoslav Sieyka, Yakub Slusarski

Dördüncü hakim: Tomaş Kviatkovski (Hamısı Polşa)

UEFA nümayəndəsi: Anuar Bidanov (Qazaxıstan)

Hakim-inspektor: Nikolae Qriqoresku (Rumıniya)

Rostov. "Olimp 2" stadionu

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi