Bakı. 22 avqust. REPORT.AZ/ Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Estoniyanın Parnu şəhərində təşkil olunmuş Avroliqanın superfinal mərhələsində Türkiyə yığması ilə qarşılaşıb. "Report"un məlumatına görə, milli komanda 7:6 hesabı ilə qələbə qazanıb.
Sabir Allahquliyevin dubl etdiyi oyunda hərəyə 1 dəfə Ramil Əliyev, Amid Nəzərov, Orxan Məmmədov, Comərd Baxşəliyev və Asif Zeynalov fərqlənib.