​Azərbaycan millisi Qazaxıstanla oyunöncəsi son məşqinə çıxıb

​Azərbaycan millisi Qazaxıstanla oyunöncəsi son məşqinə çıxıb Məşq təxminən 1 saat davam edib
Futbol
25 Mart , 2016 23:24
​Azərbaycan millisi Qazaxıstanla oyunöncəsi son məşqinə çıxıb

Türkiyə, Antalya. 25 mart. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan milli komandası Türkiyənin Antalya bölgəsində Qazaxıstanla keçirəcəyi yoldaşlıq görüşündən öncə son məşqinə çıxıb.

"Report"un məlumatına görə, məşq təxminən 1 saat davam edib.

İlk olaraq isinmə hərəkətləri ilə hazırlığa start verən Robert Prosineçkinin rəhbərlik etdiyi komanda daha sonra toplu çalışmalar yerinə yetirib. Komandada əhval-ruhiyyənin yüksək olması diqqət çəkib.

Martın 21-dən Antalya toplanışına start verən milli komanda ayın 28-də Vətənə dönəcək.

Qazaxıstan yığması ilə oyun martın 26-da Bakı vaxtilə saat 19:00-da başlayacaq. 

Son xəbərlər

Orphus sistemi