Azərbaycan millisi Özbəkistanla yoxlama oyunları keçirəcək

Azərbaycan millisi Özbəkistanla yoxlama oyunları keçirəcək DÇ-2020-nin elit-raund mərhələsində iştirak edəcək futzal üzrə Azərbaycan milli komandası Bakıda iki yoldaşlıq oyunu keçirəcək.
Futbol
9 Yanvar , 2020 13:36
Azərbaycan millisi Özbəkistanla yoxlama oyunları keçirəcək

DÇ-2020-nin elit-raund mərhələsində iştirak edəcək futzal üzrə Azərbaycan milli komandası Bakıda iki yoldaşlıq oyunu keçirəcək.

"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma yanvarın 21-də və 22-də Özbəkistan yığması ilə üz-üzə gələcək. Bakı İdman Sarayında keçiriləcək hər iki qarşılaşma saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi DÇ-2020-nin elit-raund mərhələsi çərçivəsində yanvarın 29-da Xorvatiya, 30-da Rusiya, fevralın 1-də isə Slovakiya yığmaları ilə qarşılaşacaq. Bu qrupun oyunları Xorvatiyanın Osiek şəhərindəki “Qradsk vrt Arena”da baş tutacaq. 

Son xəbərlər

Orphus sistemi