Azərbaycan millisi Norveçlə oyundan öncə yoxlama görüşü keçirəcək

Azərbaycan millisi Norveçlə oyundan öncə yoxlama görüşü keçirəcək Oyun noyabrın 9-da baş tutacaq
Futbol
4 Noyabr , 2014 09:27
Azərbaycan millisi Norveçlə oyundan öncə yoxlama görüşü keçirəcək

Baki. 4 noyabr. REPORT.AZ/ Noyabrın 16-da Norveç yığması ilə keçirəcəyi futbol üzrə AVRO-2016-nın seçmə oyunundan öncə Azərbaycan milli komandası yoxlama görüşü keçirəcək. "Report"un məlumatına görə, Mahmud Qurbanovun başçılıq etdiyi komanda Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət (U-21) millisi ilə qarşılaşacaq.

Görüş noyabrın 9-da İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutacaq.

Qeyd edək ki, əsas yığma ilə yanaşı, U-21 millisi də bu gün Bakıda təlim-məşq toplanışına start verir.

Son xəbərlər

Orphus sistemi