FIFA reytinqi: Azərbaycan millisi mövqeyini qorudu

FIFA reytinqi: Azərbaycan millisi mövqeyini qorudu FIFA milli komandaların yeni siyahısını açıqlayıb.
Futbol
9 Aprel , 2020 12:16
FIFA reytinqi: Azərbaycan millisi mövqeyini qorudu

FIFA milli komandaların yeni siyahısını açıqlayıb. 

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan millisinin yeri dəyişməz qalıb. Hazırda baş məşqçisi olmayan yığma 1177 xalla 114-cü pillədə qərarlaşıb.    

Digər yığmalardan əksəriyyətinin də mövqeyində ciddi dəyişiklik olmayıb. Bu, koronavirus pandemiyasına görə beynəlxalq turnirlərin, yoldaşlıq görüşlərinin təxirə salınması ilə əlaqədardır.

Yeganə dəyişiklik Cənubi Sudan millisinin yoldaşlıq matçında Yamaykaya 0:2 hesabı ilə uduzmasından sonra 168-ci sıraya geriləməsidir.

Son xəbərlər

Orphus sistemi