Yuxarı

​Azərbaycan millisi mərkəzi arenaya qayıdır

Azərbaycan Malta yığmasını Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edəcək

Bakı. 24 yanvar. REPORT.AZ/ Avro-2016-nın seçmə mərhələsində Azərbaycan və Malta milli komandaları arasında görüş Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. "Report"un məlumatına görə, qarşılaşmanın "Bakcell Arena"da keçirilməsi nəzərdə tutulsa da, sonradan dəyişiklik olub.

Eyni gündə - martın 28-də Bakıda 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund qarşılaşmaları da keçiriləcəyini nəzərə alan AFFA UEFA-ya müraciət ünvanlayıb. Avropa futbol qurumu isə yerli federasiyanın müraciətini müsbət cavablandırıb.

Qeyd edək ki, sonuncu dəfə bu arenada Azərbaycan millisi 2013-cü il martın 26-da Portuqaliya ilə üz-üzə gəlib. DÇ-2014-ün seçmə qrup mərhələsinin qarşılaşmasında qonaqlar qalib gəlib - 2:0.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi