Azərbaycan millisi Maltaya yollanıb

Azərbaycan millisi Maltaya yollanıb Səfərə Vaqif Sadıqov da çıxıb
Futbol
4 Sentyabr , 2015 15:54
Azərbaycan millisi Maltaya yollanıb

Bakı. 4 sentyabr. REPORT.AZ/ Sentyabrın 6-da Malta yığması ilə AVRO-2016-nın seçmə qrup matçında üz-üzə gələcək futbol üzrə Azərbaycan milli komandası səfərə yollanıb. "Report"un məlumatına görə, çarter reysi ilə yola düşənlər arasında milli üzvləri və jurnalistlərlə yanaşı, AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov da olub.

Sabah komanda üzvləri oyunun keçiriləcəyi Ta Qali Milli Stadionunda ilk və son məşqə çıxacaqlar. Ertəsi gün Bakı vaxtı ilə saat 21:00-da iki komanda arasında qarşılaşma start götürəcək. Matçı Harald Nexlerin rəhbərliyi altında avstriyalı hakimlər briqadası idarə edəcək. 

Son xəbərlər

Orphus sistemi