​Azərbaycan millisi Makedoniyaya məğlub olub

​Azərbaycan millisi Makedoniyaya məğlub olub Görüşdə qapılara 4 qol vurulub
Futbol
29 May , 2016 20:47
​Azərbaycan millisi Makedoniyaya məğlub olub

Bakı. 29 may. REPORT.AZ/ Avstriyada təlim-məşq toplanışında olan futbol üzrə Azərbaycan milli komandası növbəti yoldaşlıq oyununu keçirib.

“Report” xəbər verir ki, yığmanın budəfəki rəqibi Makedoniya kollektivi olub.

Qarşılıqlı hücumlar şəraitində keçən görüş rəqibin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Beynəlxalq yoldaşlıq oyunu

Azərbaycan-Makedoniya- 1:3

Qollar: Marijan Radeski, 20 (0-1), Goran Pandev, 33 (0-2), Əfran İsmayılov, 72 (pen. 1:2), Ilija Nestorovski, 90+2 (3:1)

Milli Avstriyada ilk yoldaşlıq görüşünü Andorraya qarşı keçirib. Həmin oyunda qapılara qol vurulmayıb.

Son xəbərlər

Orphus sistemi