Azərbaycan millisi Makedoniya ilə oyun ərəfəsində Antalyada məşqə çıxıb - FOTO

Azərbaycan millisi Makedoniya ilə oyun ərəfəsində Antalyada məşqə çıxıb - FOTO Bakı. 26 mart. REPORT.AZ/ Azərbaycan milli komandasının Makedoniya yığması ilə yoldaşlıq oyunu ərəfəsində axşam məşqi keçirilməyəcək.
Futbol
26 Mart , 2018 18:51
Azərbaycan millisi Makedoniya ilə oyun ərəfəsində Antalyada məşqə çıxıb - FOTO
Foto: AFFA

Bakı. 26 mart. REPORT.AZ/ Azərbaycan milli komandasının Makedoniya yığması ilə yoldaşlıq oyunu ərəfəsində axşam məşqi keçirilməyəcək.

"Report"un məlumatına görə, bu barədə millinin baş məşqçisi Qurban Qurbanov qərar qəbul edib. 

Türkiyənin Antalya bölgəsindəki bugünkü məşq səhər saatlarında "Mardan" stadionunda təşkil olunub. 46 yaşlı mütəxəssis axşam məşqinə lüzum görməyib. Əvəzində Qurbanov sabah səhər saatlarında yüngül isinmə məşqi təyin edib.

Qeyd edək ki, martın 27-də "Mardan" stadionunda keçiriləcək Azərbaycan - Makedoniya matçı Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. 

Son xəbərlər

Orphus sistemi