Yuxarı

Azərbaycan millisi Macarıstanla oyundan əvvəl daha bir itki ilə üzləşib

​Azərbaycan millisi Macarıstanla oyundan əvvəl daha bir itki ilə üzləş

Azərbaycan milli komandası Macarıstan yığması ilə keçirəcəyi AVRO-2020-nin seçmə qrup matçından əvvəl daha bir futbolçu itkisi ilə üzləşib.

"Report"un Budapeştə ezam olunmuş əməkdaşı xəbər verir ki, "Qarabağ"dan dəvət almış cinah oyunçusu Abbas Hüseynov topuq nahiyəsindən zədələnib. Bu səbəbdən, 24 yaşlı oyunçunun adı görüşün iştirak ərizəsinə daxil edilməyib.

Daha əvvəl Səlahət AğayevMahir Emreli zədəli, Maksim Medvedev, Anton KrivotsyukDmitri Nazarov cəzalı olduqları üçün yığmadan kənarda qalıblar.

Qeyd edək ki, "Groupama Arena"da təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi