​Azərbaycan millisi Kanada ilə heç-heçə oynayıb

​Azərbaycan millisi Kanada ilə heç-heçə oynayıb Oyunda 1:1 hesablı bərabərlik qeydə alınıb
Futbol
3 İyun , 2016 22:58
​Azərbaycan millisi Kanada ilə heç-heçə oynayıb

Bakı. 3 iyun. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandası bu gün Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində sonuncu yoldaşlıq görüşünü keçirib.

"Report" xəbər verir ki, Kanada ilə keçirilən oyun 1:1 hesabı ilə başa çatıb.

Matçda hesabı ilk olaraq rəqib futbolçular açıb. 44-cü dəqiqədə Teşo Akindele fərqlənib. 15 dəqiqə sonra Dmitri Nazarov 11 metrlik cərimə zərbəsindən oyunda tarazlıq yaradıb.

Matç bu hesabla da başa çatıb.

Azərbaycan millisi təlim-məşq toplanışı çərçivəsində keçiridiyi ilk oyunda Andorra ilə qolsuz heç-heçəylə razılaşıb, milli ardınca Makedoniyaya məğlub olub - 1:3.

Martın 26-da Qazaxıstana 0:1 hesablı məğlubiyyəti də nəzərə alsaq, Azərbaycan millisi builki yoldaşlıq görüşlərində qalib gələ bilməyib. Kanada isə daha zəif statistikaya malikdir. Benito Floronun rəhbərlik etdiyi komanda son 4 matçında nəinki qələbə qazanıb, hətta qol vura bilməyib. 2015-ci ilin noyabrında keçirilmiş dünya çempionatının Şimali və Mərkəzi Amerika üzrə seçmə mərhələ oyunlarında Salvadorla qolsuz heç-heçə edən Kanada bu ilin fevralında yoldaşlıq görüşündə ABŞ-a 0:1 hesabı ilə məğlub olub, ardından Meksika ilə bacarmayıb - 0:3, 0:2.

Beynəlxalq yoldaşlıq oyunu

Azərbaycan - Kanada – 1:1

Qollar: Teşo Akindele, 44 (0:1), Dmitri Nazarov, 59 pen. (1:1)

Baş hakim: Saşa Amhof

Baş hakimin köməkçiləri: Stefane De Almeyda, Vital Jobin

Dördüncü hakim: Adrien Cakkottet (Hamısı İsveçrə)

Avstriya, "Rorbax" stadionu

Son xəbərlər

Orphus sistemi