Azərbaycan millisi İsveçrə yığmasına uduzub - VİDEO

Azərbaycan millisi İsveçrə yığmasına uduzub - VİDEO Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Futbol
15 Oktyabr , 2019 21:54
Azərbaycan millisi İsveçrə yığmasına uduzub - VİDEO

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

"Report" xəbər verir ki, Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv II qrupun lideri İsveçrə yığmasını qəbul edib. Sumqayıtdakı "Kapital Bank Arena"da baş tutan ilk rəsmi beynəlxalq matçda qonaqlar qalib gəlib - 0:1.

İsveçrə kollektivinin heyətində 33-cü dəqiqədə Nedim Bayrami fərqlənib. Bu qələbədə sonra xalını 9-a çatdıran qonaqlar ilk pillədəki yerini qoruyub. Azərbaycan millisi isə 3 xalla son sıradadır.

Qeyd edək ki, Azərbaycan millisi bunadək keçirdiyi 4 oyundan 1-də qalib gəlib. Səfərdə Lixtenşteynə 1 cavabsız qolla uduzan komanda, evdə Slovakiyanı 2:1 hesabı ilə üstələsə də, ardınca Gürcüstanla bacarmayıb – 0:3. Daha sonra isə səfərdə Fransaya 0:5 hesabı ilə məğlub olub.

Son xəbərlər

Orphus sistemi