Yuxarı

Azərbaycan yığmasının təlim-məşq toplanışlarındakı rəqibləri müəyyənləşib

Azərbaycan millisi İspaniya ilə qarşılaşacaq

Bakı. 7 yanvar. REPORT.AZ/ Avropa çempionatının elit-raunduna hazırlıq məqsədilə təlim-məşq toplanışlarına qatılacaq 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının rəqibləri müəyyənləşib. 

Bu barədə "Report"a yığmanın baş məşqçisi Vüqar Məmməd məlumat verib. 41 yaşlı mütəxəssis bildirib ki, Türkiyə toplanışı müddətində 4 yoxlama oyunu keçirəcəklər. Milli yanvarın 21-də Rusiya "Krasnodar"ının 3-cü komandası, yanvarın 24-də Küveytin U-19 yığması, yanvarın 30-da Moskva "Dinamo"sunun əvəzediciləri ilə üz-üzə gələcək. Komandanın yanvarın 27-dəki rəqibi isə hələlik bəlli deyil. 

V. Məmməd fevralda İspaniyada nəzərdə tutulan hazırlıq prosesindəki rəqibləri də açıqlayıb. Onun sözlərinə görə, Azərbaycan yığması fevralın 12-də İspaniyadan olan həmyaşıdları, fevralın 14-də yerli "Mursiya"nın U-18 komandası, fevralın 17-də Şotlandiyanın eyni yaş qrupu üzrə millisi ilə qarşılaşacaq.  

Avropa çempionatının elit-raundu üçün hazırlıqlar yanvarın 12-də Bakıda başlanacaq. Türkiyə toplanışı 19 - 31 yanvarda, İspaniya təlimləri isə 10 - 18 fevralda olacaq.  

Qeyd edək ki, Azərbaycanın U-19 yığması Rusiyada təşkil olunacaq Avropa çempionatının elit-raund mərhələsində martın 20-də meydan sahibləri, martın 23-də İrlandiya, martın 26-da Rumıniya ilə qarşılaşacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi