Yuxarı
    Bağlamaq

    Azərbaycan millisi Gürcüstan yığmasının qapısından iki cavabsız top keçirib

    Fevralın 8-də bu komandalar arasında daha bir yoldaşlıq oyunu keçiriləcək

    Bakı. 7 fevral. REPORT.AZ/ “Bakı” klubunun təlim-məşq bazasında futbol üzrə 19 yaşadək qızlardan ibarət Azərbaycan və Gürcüstan yığmaları arasında yoldaşlıq oyunu keçirilib.

    "Report" AzərTAc-a istinadla xəbər verir ki, qarşılaşma 2:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Qolları Kristina Bakarandze və Nigar Cəlilli vurublar.

    Fevralın 8-də “Bakı”nın təlim-məşq bazasında bu komandalar arasında daha bir yoldaşlıq oyunu keçiriləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi