Yuxarı

​Azərbaycan millisi bu gün Finlandiya ilə qarşılaşacaq

Görüş Dalğa Arenada baş tutacaq

Bakı. 13 oktyabr. REPORT.AZ/ Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası AVRO-2017-nin seçmə mərhələsində 5-ci oyununu keçirəcək. "Report"un məlumatına görə, Yaşar Vahabzadənin rəhbərlik etdiyi komanda Bakıda Finlandiya yığması ilə qarşılaşacaq.

4 oyundan 3-də meydanı xalsız tərk edən ölkə təmsilçisi 3 xal qazanacağı təqdirdə, 7-ci qrupda 3-cü pilləyə yüksələcək. Eyni qrupda yer alan Almaniya Farer adaları ilə görüşdən xalsız ayrılarsa, milli komanda 2-ci yerin sahibi ilə xallarını eyniləşdirəcək.

Milli komanda qrupda hər iki görüşdə Avstriyaya (0:2; 0:7) və Almaniyaya (0:3) məğlub olub. Yeganə qələbə isə Farer adaları üzərində qazanılıb - 1:0.

Vahabzadənin komandası hazırda 3 xalla qrup 4-cüsüdür. Qrup lideri Avstriyanın aktivində 9 xal var. Almaniya və Finlandiya isə 6 xalla müvafiq olaraq 2-3-cü pillələri bölüşür. Rusiya və Farer adalarının isə aktivində xal yoxdur.

19:00. Azərbaycan - Finlandiya

Baş hakim: Milan İliç

Baş hakimin köməkçiləri: Milan Miniç, Srdan Milutinoviç

Dördüncü hakim: Robert Kis Çepegi (hamısı Serbiyadan)

UEFA nümayəndəsi: Loukas Siotropos (Yunanıstan)

Hakim-inspektor: Yuri Baskakov (Rusiya)

Bakı. "Dalğa Arena"

Qeyd edək ki, Azərbaycan millisi ilin sonunadək daha iki oyun keçirəcək. 21 yaşlılar noyabrın 13-də səfərdə Almaniya, 4 gün sonra isə Bakıda Rusiya yığması ilə qarşılaşacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi