Yuxarı

Azərbaycan millisi FIFA reytinqində geriləyib - ƏLAVƏ OLUNUB

Azərbaycan millisi FIFA reytinqində geriləyib - ƏLAVƏ OLUNUB
Dünya yığmalarının yeni reytinq siyahısı açıqlanıb

Bakı. 15 fevral. REPORT.AZ/ FIFA dünya yığmalarının yeni reytinq siyahısını açıqlayıb.

“Report” xəbər verir ki, Azərbaycan milli komandası ötən ayla müqayisədə bir pillə geriləyib. Yanvarın 27-də Türkiyədə Moldova yığması yoldaşlıq oyununda qolsuz heç-heçə edən Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv hazırda 275 xalla 119-cu sıradadır.

UEFA Millətlər Liqasında Azərbaycan millisi ilə eyni qrupda yer alan Farer adaları 364 xalla 96-cı, Kosovo 97 xalla 177-ci, Malta isə 66 xalla 185-ci, sıradadır. Farer adaları və Kosovo bir pillə irəlilədiyi halda, Malta yerində qalıb.

Reytinqdə ilk 17 komandanın mövqeyində dəyişiklik olmayıb. Siyahıya 1602 xalla Almaniya başçılıq edir. Braziliya 1484 xalla 2-ci, Portuqaliya isə 1358 xalla 3-cü sıradadır.

Türkiyənin mövqeyində isə dəyişiklik baş verib. Üç pillə irəliləyərək 38-ci yerdə qərarlaşan "ay-ulduzlular” 735 xala malikdirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi