​Azərbaycan millisi FİFA reytinqində irəliləyib

​Azərbaycan millisi FİFA reytinqində irəliləyib Milli komanda 136-cı pillədə qərarlaşıb
Futbol
11 Avqust , 2016 12:14
​Azərbaycan millisi FİFA reytinqində irəliləyib

Bakı. 11 avqust. REPORT.AZ/ FİFA ötən ay üçün milli komandaların reytinqini açıqlayıb. 

"Report"un məlumatına görə, Azərbaycan millisi siyahıda bir pillə irəliləyib.

Robert Prosineçkinin rəhbərlik etdiyi komanda 253 xalla 136-cı pillədə qərarlaşıb.

Millinin DÇ-2018-in seçmə qrup mərhələsindəki rəqiblərindən Almaniyanın mövqeyində heç bir dəyişiklik olmayıb. Rəqib komanda 1319 xalla 4-cüdür. Şimali İrlandiya 822 xalla 28-ci, aktivində 768 xal olan Çexiya və 588 xal olan Norveç bir pillə geriləyərək 34 və 50-ci olublar. San Marino isə 20 xalla siyahının sonunda - 200-cü pillədə yer alıb.

Türkiyə yığması isə 915 xalla 19-cudur. Fransada keçirilmiş Avropa çempionatının qalibi Portuqaliyanın mövqeyində heç bir dəyişiklik olmayıb - 1266 xal, 6-cı yer.

Qeyd edək ki, növbəti reytinq siyahısı sentyabrın 15-də açıqlanacaq.

Son xəbərlər

Orphus sistemi