Azərbaycan millisi FİFA reytinqində 4 pillə geriləyib

Azərbaycan millisi FİFA reytinqində 4 pillə geriləyib Yeni siyahıda Bolqarıstan və Norveç yığmaları yerlərini dəyişib
Futbol
3 Sentyabr , 2015 13:41
Azərbaycan millisi FİFA reytinqində 4 pillə geriləyib

Bakı. 3 sentyabr. REPORT.AZ/ FİFA dünya yığmalarının növbəti reytinq siyahısını açıqlayıb. "Report"un məlumatına görə, Azərbaycan milli komandası ötən ayla müqayisədə 4 pillə geriləyib. 

Hazırda 291 xala malik milli 110-cu pillədə qərarlaşıb. AVRO-2016-nın seçmə qrup mərhələsindəki rəqiblərdən Xorvatiya da 1 pillə geriləyib. Bugünkü rəqib 1037 xalla 14-cü pillədədir. İtaliya 1012 xalla 16-cı pillədə qalıb. Bolqarıstan 1 pillə geriləyən Norveçlə yerini dəyişərək, 503 xalla 68-ci yeri tutub və ən yaxın izləyicisini 7 xal qabaqlayıb. 1 pillə geriləyən Malta isə 154 xalla 160-cıdır. 

Qeyd edək ki, siyahıya yenə 1442 xalla Argentina başçılıq edir. Belçika 1269 xalla 2-ci, Almaniya 1248 xalla 3-cü yeri tutur. 

Son xəbərlər

Orphus sistemi