Yuxarı

​Azərbaycan millisi FİFA-nın reytinq cədvəlində 5 pillə irəliləyib

FİFA yığma komandaların növbəti reytinq cədvəlini açıqlayıb

Bakı. 12 fevral. REPORT.AZ/ FİFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. "Report"un ali futbol qurumunun rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan millisi 5 pillə irəliləyərək 131-ci yerdə qərarlaşıb. Robert Prosineçkinin başçılıq etdiyi yığma komandanın aktivində 222 xal var.

Siyahının ilk 3 pilləsinin sahibləri dəyişməyib. Aktivində 1 729 xal olan Almaniya reytinq siyahısına başçılıq edir. İki və üçüncü pillələrdə isə müvafiq olaraq Argentina (1 534 xal) və Kolumbiya (1 456 xal) yığmaları qərarlaşıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi