Yuxarı

Azərbaycan millisi Çexiyaya uduzub

Azərbaycan millisi Çexiyaya uduzub

Qadınlardan ibarət Azərbaycan millisi AVRO-2021-in seçmə mərhələsində növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda Çexiyanı qəbul edib. "ASCO Arena"dakı qarşılaşma Azərbaycan millisinin 0:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Qeyd edək ki, hər iki komanda D qrupunda yer alıb. Azərbaycan millisi ilk oyununda səfərdə İspaniyaya da eyni hesabla uduzub. Çexiya isə səfərdə Moldovaya 7:0 hesabı ilə qalib gəldiyi halda, evdə İspaniyaya məğlub olub - 1:5.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi