Yuxarı
    Bağlamaq

    ​Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayır

    İlk görüş Çexiya ilə olacaq

    Bakı. 29 sentyabr. REPORT.AZ/ 17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığması bu gün ilk oyununu keçirəcək. "Report"un məlumatına görə, Siyasət Əsgərovun rəhbərlik etdiyi yığma Çexiya ilə qarşılaşacaq.

    Qarşılaşma Belçikanın Lyej şəhərindəki "Academie Robert Louis-Dreyfus" stadionunda keçiriləcək.

    6-cı qrupda Belçika və Gürcüstan milliləri də yer alıb. Azərbaycan yığması Belçika ilə oktyabrın 1-də Bakı vaxtı ilə saat 23:00-da, Gürcüstanla isə oktyabrın 4-də saat 14:00-da başlayacaq.

    17:00. Çexiya - Azərbaycan

    Baş hakim: Eva Auqustin (Polşa)

    Baş hakimin köməkçiləri: Katarjina Vasyak (Polşa), Jolin Delkrua (Belçika)

    Dördüncü hakim: Lua Ott (Belçika)

    Lyej. "Academie Robert Louis-Dreyfus" stadionu

    Qeyd edək ki, reqlamentə əsasən, mübarizəyə qoşulan 11 qrupun ilk 2 pilləsinin sahibləri və ən yaxşı nəticəyə malik üçüncü yeri tutan komanda növbəti mərhələyə vəsiqə qazanacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi