Yuxarı
    Bağlamaq

    ​Azərbaycan millisi beynəlxalq turnirdə növbəti oyununu keçirəcək

    Rəqib Bolqarıstanın U-19 komandası olacaq

    Bakı. 6 yanvar. REPORT.AZ/ Rusiyanın Sankt-Peterburq şəhərində FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə keçirilən XXVIII ənənəvi beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti oyununa çıxacaq. "Report"un məlumatına görə, C qrupunda yer alan millinin rəqibi Bolqarıstanın U-19 komandası olacaq.

    Peterburq İdman-Konsert Kompleksində keçiriləcək oyun Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

    Qeyd edək ki, Azərbaycan yığması turnirdə ilk oyununu yanvarın 4-də Latviyanın U-19 komandasına qarşı keçirib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. İlk turda Bolqarıstana 4:1 hesabı ilə qalib gələn Sloveniya qrup lideridir. Azərbaycan və Latviya isə hərəyə 1 xalla 2-3-cü pillələri bölüşürlər. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi