Azərbaycan millisi Bakıdakı Avropa çempionatında ən çox xalla mübarizəni dayandırıb

Azərbaycan millisi Bakıdakı Avropa çempionatında ən çox xalla mübarizəni dayandırıb Təşkilatçı ölkə millisi İtaliya və Fransanı da üstələyib
Futbol
13 May , 2016 09:26
Azərbaycan millisi Bakıdakı Avropa çempionatında ən çox xalla mübarizəni dayandırıb

Bakı. 13 may. REPORT.AZ/ Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandası Bakıda keçirilən Avropa çempionatında 1/4 final mərhələsindən ən çox xalla kənarda qalıb. "Report"un məlumatına görə, Təbriz Həsənovun baş məşqçi olduğu yığma A qrupunda 3 oyundan 4 xal toplayıb. 

Təşkilatçı ölkə yığması bu göstəricidə hətta qrupda qalan İtaliya və Fransanı da qabaqlayıb. Yekun sıralamada Azərbaycan millisi Danimarka ilə birgə 9-10-cu yerləri bölüşdürüb. 

Mübarizəni dayandıran komandaların xal durumu:  

9-10. Danimarka, AZƏRBAYCAN - hərəyə 4 xal

11-12. İtaliya, Bosniya və Herseqovina - hərəyə 3

13 - 15. Fransa, Ukrayna, Serbiya - hərəyə 1

16. Şotlandiya - 0. 

Növbəti mərhələyə yüksələn komandalardan ən az - 5 xal toplayanı isə Azərbaycanla eyni qrupda yer almış Belçika olub. 

Qeyd edək ki, 1/4 final mərhələsi çərçivəsində mayın 14-də Portuqaliya - Avstriya və Almaniya - Belçika, mayın 15-də isə İsveç - Hollandiya və İspaniya - İngiltərə qarşılaşmaları keçiriləcək. Yarımfinal oyunları mayın 18-də, final matçı isə mayın 21-də olacaq. 

Son xəbərlər

Orphus sistemi