​Azərbaycan millisi Bakıda Moldovanı məğlub edib

​Azərbaycan millisi Bakıda Moldovanı məğlub edib Görüş meydan sahiblərinin 2:1 hesablı üstünlüyü ilə başa çatıb
Futbol
17 Noyabr , 2015 22:58
​Azərbaycan millisi Bakıda Moldovanı məğlub edib

Bakı. 17 noyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan millisi yoldaşlıq oyunu çərçivəsində Moldova yığmasını qəbul edib.

"Report"un məlumatına görə, qarşılaşma Bakı Olimpiya Stadionunda keçirilib.

Oyuna fəal başlayan Robert Prosineçkinin rəhbərlik etdiyi komanda 33-cü dəqiqədə istəyinə nail olub. Elvin Məmmədovun qapı önünə ötürməsini rəqibin heyətində forma geyən Katalin Karp öz qapısına göndərib. Lakin qonaqların cavabı çox gecikməyib. İlk hissənin bitməsinə bir dəqiqə qalmış Aleksandr Antonyuk tablodakı rəqəmləri eyniləşdirib. İlk 45 dəqiqə 1:1 hesabı ilə də başa çatıb.

İkinci hissədə də milli komanda fəallıq göstərib. Bunun nəticəsində 49-cu dəqiqədə Ağabala Ramazanov komandasının ikinci qoluna imza atıb. Oyun bu hesabla da başa çatıb - 2:1.

Son xəbərlər

Orphus sistemi