​Azərbaycan millisi Avropa Liqasının seçmə mərhələsində çıxış edəcək

​Azərbaycan millisi Avropa Liqasının seçmə mərhələsində çıxış edəcək Milli komanda 3 oyun keçirəcək
Futbol
2 Avqust , 2016 13:44
​Azərbaycan millisi Avropa Liqasının seçmə mərhələsində çıxış edəcək

Bakı. 2 avqust. REPORT.AZ Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Macarıstanın Siofok şəhərində keçiriləcək Avropa Liqasının seçmə mərhələsində çıxış edəcək. 

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, avqustun 9-dan 15-dək davam edəcək seçmə mərhələdə millimiz 3 oyun keçirəcək.

Baş məşqçi Zeynal Zeynalov oyunlara 12 futbolçunu dəvət edib. Bunlar Vaqif Şirinbəyov, Elçin Qasımov, Renat Sultanov, Elvin Quliyev, Amid Nəzərov, Orxan Məmmədov, İlkin Hacıyev, Asif Zeynalov, Ramil Əliyev, Sabir Allahquliyev, Əbdül Əliyev və Hikmət Bağırovdur.

Oyunların təqvimi

12 avqust

14:15. Azərbaycan – Bolqarıstan

13 avqust

14:15. Azərbaycan – Danimarka

14 avqust

19:00. Macarıstan – Azərbaycan

Son xəbərlər

Orphus sistemi