Azərbaycan millisi Avropa çempionatında mübarizəni dayandırıb

Azərbaycan millisi Avropa çempionatında mübarizəni dayandırıb Ukrayna yığması Latviyanı məğlub edib
Futbol
17 Sentyabr , 2016 17:22
Azərbaycan millisi Avropa çempionatında mübarizəni dayandırıb

Bakı. 17 sentyabr. REPORT.AZ/ Bu gün 19 yaşadək qızlar arasında Avropa çempionatının seçmə mərhələsinin Bakıda keçirilən 8-ci qrupunun daha bir görüşü keçirilib. 

"Report"un məlumatına görə, Latviya yığması Ukrayna ilə münasibətlərinə aydınlıq gətirib.

Görüş ukraynalıların 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da sona bir tur qalmış qitə turnirində mübarizəni dayandıran komandalar məlum olub. Ukraynaya 1:2, İspaniyaya isə 0:7 hesabı ilə uduzan Azərbaycan yığması və Latviya qrup mərhələsinin sonuncu pillələrini bölüşür. Qrupun son oyunlarında lider və autsayder komandalar müəyyənləşəcək. İspaniya və Ukrayna yığmaları birincilik uğrunda, Azərbaycan və Latviya yığmaları isə sonuncu pillədən xilas olmaq üçün mübarizə aparacaqlar.

Qeyd edək ki, növbəti mərhələyə 11 qrupun liderləri və 10 ən yaxşı nəticə ilə ikinci pillədə qərarlaşan komandalar yüksələcək.

Son xəbərlər

Orphus sistemi