Azərbaycan millisi Antalyada Albaniya və Gürcüstan yığmaları ilə qarşılaşacaq

Azərbaycan millisi Antalyada Albaniya və Gürcüstan yığmaları ilə qarşılaşacaq Rəşad Sadıqovun baş məşqçi olduğu komanda 3 oyun keçirəcək
Futbol
10 Yanvar , 2018 10:30
Azərbaycan millisi Antalyada Albaniya və Gürcüstan yığmaları ilə qarşılaşacaq

Bakı. 10 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması üç yoldaşlıq oyunu keçirəcək.

“Report” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv yanvarın 21-də və 26-da Albaniyanın, yanvarın 23-də isə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığma komandası ilə qarşılaşacaq.

Hər üç oyun yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 19:00) başlayacaq.

Son xəbərlər

Orphus sistemi