Yuxarı
    Bağlamaq

    Azərbaycan millisi "Antalya Cup"ın qalibi olub

    Yaşar Vahabzadənin rəhbərlik etdiyi komanda Kosovo ilə qarşılaşmaqdan imtina edib

    Bakı. 28 yanvar. REPORT.AZ/ 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması "Antalya Cup" beynəlxalq turnirin qalibi olub. "Report"un məlumatına görə, Yaşar Vahabzadənin rəhbərlik etdiyi komanda vaxtından əvvəl birinci yeri təmin edib.

    Bu gün Bəhreynin U-20 komandası ilə qarşılaşan yığma komanda 4:0 hesablı qələbə qazanıb. Türkiyənin Antalya bölgəsindəki "Su Səsi" otelinin A meydançasında baş tutmuş qarşılaşmada milli hər hissədə 2 qol vurub.

    Bununla da xallarını 12-yə çatdıran yığma ən yaxın izləyicilərini ən azı 3 xal qabaqlayıb. Son turda tanınmamış Kosovo ilə qarşılaşmaqdan imtina edən Azərbaycan millisi hətta həmin görüşü keçirmədən ilk pillənin sahibi olub.

    Qeyd edək ki, U-21 turnir çərçivəsində əvvəlki görüşlərində ardıcıl olaraq Ukraynanın U-21 (2:1), Səudiyyə Ərəbistanının U-20 (3:0) və Albaniyanın U-21 (4:0) komandalarına qalib gəlib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi