Bu gün ​Azərbaycan millisi səfərdə Almaniya ilə qarşılaşacaq

Bu gün ​Azərbaycan millisi səfərdə Almaniya ilə qarşılaşacaq Görüşü bolqarıstanlı hakimlər idarə edəcək
Futbol
13 Noyabr , 2015 10:29
Bu gün ​Azərbaycan millisi səfərdə Almaniya ilə qarşılaşacaq

Bakı. 13 noyabr. REPORT.AZ/ Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması AVRO-2017-nin seçmə qrup mərhələsi çərçivəsində Almaniya ilə qarşılaşacaq. "Report"un məlumatına görə, qarşılaşma Almaniyanın Reqensburq şəhərindəki "Kontinental Arena"da keçiriləcək.

Bolqarıstanlı Svetan Krastevin idarə edəcəyi oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Azərbaycan millisi 7-ci qrupda keçirdiyi 5 oyundan yalnız 1-də qələbə qazanıb. Qalan 4 görüşdə isə komanda meydanı məğlubiyyətlə tərk edib. Hazırda Rusiya və Azərbaycan milliləri hərəyə 3 xalla 4-5-ci yerləri bölüşdürürlər. İlk "3-lük"də isə hərəyə 9 xalla Almaniya, Avstriya və Finlandiya qərarlaşıb. 

AVRO-2017, 7-ci qrup.

21:00. Almaniya - Azərbaycan

Baş hakim: Svetan Krastev

Baş hakimin köməkçiləri: İvan Valçev, Krum Stoylov

Dördüncü hakim: Stanislav Todorov (hamısı Bolqarıstan)

Reqensburq. "Kontinental Arena"

Qeyd edək ki, U-21 bu il sonuncu oyununu noyabrın 17-də Rusiyaya qarşı keçirəcək. "Bayıl Arena"da baş tutacaq görüşün start fiti saat 17:00-da səslənəcək.

Son xəbərlər

Orphus sistemi