Azərbaycan millisi "Alanyaspor"u məğlub edib - YENİLƏNİB - VİDEO

Azərbaycan millisi "Alanyaspor"u məğlub edib - YENİLƏNİB - VİDEO Video əlavə olunub
Futbol
23 Yanvar , 2020 11:25
Azərbaycan millisi Alanyasporu məğlub edib - YENİLƏNİB - VİDEO

Video əlavə olunub


***18:09 

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib.

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, rəqib “Alanyaspor”un müvafiq yaş qrupundan ibarət komandası olub.

Qarşılaşma Samir Əliyevin baş məşqçi olduğu kollektivin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Mustafa Yıldırımın dubl etdiyi oyunda yığmanın digər qollarını Elçin QasımovBalamirzə Sultanov vurub.

Qeyd edək ki, U-19 növbəti yoxlama oyununu yanvarın 25-də Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirəcək.

Son xəbərlər

Orphus sistemi