Yuxarı

Azərbaycan milli komandasının baş məşqçiliyinə namizəd "böyük oyun"u izləyib

Robert Prosineçki bu gün səhər saatlarında Bakıya gəlib

Bakı. 24 noyabr. REPORT.AZ/ Azərbaycan milli komandasının baş məşqçi postuna namizəd olan Robert Prosineçki bu gün saat 17:00-da "Dalğa" Arenada keçirilən "Xəzər Lənkəran" - "Neftçi" matçını izləyib. "Report"un "Dalğa" arenada olan əməkdaşının verdiyi məlumata görə, oyunu xorvatiyalı mütəxəssislə yanaşı, Azərbaycanın U-21 millisinin baş məşqçisi və AFFA-nın texniki direktoru Bernard Lippert, AFFA-nın baş katibi Elxan Məmmədov izləyir.

Xatırladaq ki, futbol üzrə Azərbaycan milli komandasının baş məşqçi vəzifəsinə namizədlərdən olan Robert Prosineçki bu gün səhər saatlarında Bakıya gəlib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi