Bakı. 8 may. REPORT.AZ/ Azərbaycan milli komandasının Şimali İrlandiya yığmasına qarşı keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçına hazırlıq məqsədilə təlim-məşq toplanışına çağırılan futbolçuların adları açıqlanıb.
"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Robert Prosineçki 26 futbolçuya dəvət göndərib.
Onların arasında "Qarabağ"ın braziliyalı legioneri Riçard Almeyda da var.
ADI, SOYADI | KLUBU |
Kamran Ağayev | Boavişta (Portuqaliya) |
Anar Nəzirov | Zirə |
Səlahət Ağayev | İnter |
Tərlan Quliyev | İnter |
Bədavi Hüseynov | Qarabağ |
Rəşad Sadıqov | Qarabağ |
Maksim Medvedev | Qarabağ |
Pavel Paşayev | Stal (Ukrayna) |
Maqomed Mirzabekov | Qəbələ |
Ürfan Abbasov | Qəbələ |
Ruslan Abışov | Neftçi |
Rahid Əmirquliyev | Qarabağ |
Qara Qarayev | Qarabağ |
Dmitri Nazarov | Aue (Almaniya) |
Eddi İsrafilov | Kadis (İspaniya) |
Emin Mahmudov | Boavişta (Portuqaliya) |
Elvin Məmmədov | Zirə |
Cavid Hüseynov | Qəbələ |
Araz Abdullayev | Qəbələ |
Əfran İsmayılov | Qarabağ |
Riçard Almeyda | Qarabağ |
Ağabala Ramazanov | Qarabağ |
Ruslan Qurbanov | Qəbələ |
Namik Ələskərov | Neftçi |
Ramil Şeydayev | Jilina (Slovakya) |
Renat Dadaşov | Ayntraxt (Almaniya) |
Qeyd edək ki, Azərbaycan millisi mayın 15-də Bakıda bir araya gələcək. Beşgünlük hazırlıqdan sonra yığma üzvləri mayın 20-də Avstriyaya yollanacaqlar. İki həftəlik təlim-məşq toplanışını iyunun 3-də başa vuracacaq milli komanda hazırlığın son mərhələsini Bakıda keçirəcək. İyunun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Şimali İrlandiya matçı saat 20:00-da başlayacaq.